Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-aprel, 2022)
- 04 may, 2022
- 12:08
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC bu ilin yanvar-aprel aylarında üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" birjaya istinadən xəbər verir ki, renkinqə 3 milyard 623 milyon 461 min 608 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 2 milyard 388 milyon 220 min 791 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 1 milyard 662 milyon 524 min 659 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 828 milyon 866 min 704 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 688 milyon 729 min 542 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 351 milyon 839 min 387 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 347 milyon 406 min 836 manatla “BTB Kapital İnvestisiya Şirkəti” ASC, 86 milyon 224 min 805 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 36 milyon 467 min 510 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 3 623 461 608 |
| 2 | CPM-İnvest İnvestisiya Şirkəti | 2 388 220 791 |
| 3 | ABB-İnvest | 1 662 524 659 |
| 4 | Unicapital | 828 866 704 |
| 5 | AzFinance | 688 729 542 |
| 6 | Xalq Kapital | 351 839 387 |
| 7 | BTB Kapital | 347 406 836 |
| 7 | PSG Kapital | 86 224 805 |
| 8 | İnvest-Az | 36 467 510 |
| 9 | MFX Trading | - |
| 10 | Plato Capital and Co. | - |