Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (2023)
- 12 yanvar, 2024
- 13:13
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC 2023-cü ildə üzvlərinin dövriyyəsi üzrə renkinqi açıqlayıb.
"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 20 417 153 628 manatlıq göstərici ilə "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 12 060 052 351 manatla "ABB İnvest İnvestisiya Şirkəti" QSC, 4 451 009 678 manatla “CPM-İnvest İnvestisiya Şirkəti” QSC, 3 209 012 909 manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, 3 055 087 202 “Assist Finance İnvestisiya şirkəti” ASC, 2 415 740 038 manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 1 234 393 238 manatla “Capital Partners İnvestisiya Şirkəti” QSC, 586 326 772 manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 580 859 473 manatla "Xalq Kapital İnvestisiya Şirkəti" QSC, 128 059 964 manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC və 680 000 manatla "MFX Trading İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
| № | İnvestisiya şirkətləri | Əməliyyatların həcmi, AZN |
| 1 | Paşa Kapital | 20 417 153 628 |
| 2 | ABB-İnvest | 12 060 052 351 |
| 3 | CPM-İnvest | 4 451 009 678 |
| 4 | Unicapital | 3 209 012 909 |
| 5 | Assist Finance | 3 055 087 202 |
| 6 | AzFinance | 2 415 740 038 |
| 7 | Capital Partners | 1 234 393 238 |
| 8 | İnvest-Az | 586 326 772 |
| 9 | Xalq Kapital | 580 859 473 |
| 10 | PSG Kapital | 128 059 964 |
| 11 | MFX Trading | 680 000 |
| 12 | Troni | - |