Azərbaycanda pul köçürmələrinin rəqəmsallaşdırılması layihəsinin məqsədi açıqlanıb

Maliyyə
  • 12 aprel, 2023
  • 07:07
Azərbaycanda pul köçürmələrinin rəqəmsallaşdırılması layihəsinin məqsədi açıqlanıb

Azərbaycanda pul köçürmələrinin rəqəmsallaşdırılması ilə bağlı olan layihənin məqsədi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi və Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı, BMqT İnkişaf Fondunun maliyyə dəstəyi ilə "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi" layihəsinin İşçi Qrupunun növbəti görüşü zamanı məlumat verib.

V. Qəhrəmanov qeyd edib ki, bu layihənin əsas məqsədi azərbaycanlı miqrantların və Azərbaycanda yaşayan miqrantların, eləcə də pul köçürmələri zamanı Azərbaycanda və xaricdə vəsait alanların maliyyə inklüzivliyini və rəqəmsal maliyyə xidmətlərinə əlçatanlığını artırmaqla onların yaşayış səviyyəsinin davamlı inkişafına töhfə verməkdir.

44 filmi