Azərbaycanda problemli kreditlərin həcmi artır
Maliyyə
- 13 iyun, 2016
- 07:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi may ayının 1-nə 1 381,3 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ilk rübün yekunu ilə müqayisədə 4,13% çoxdur. Yəni, təkcə aprel ayında problemli kreditlərin həcmi 54,8 mln. manat artıb.
Bununla belə, ötən ilin sonuna nisbətən vaxtı keçmiş kreditlər 127,2 mln. manat və yaxud 8,43% azalıb. Son bir ildə isə problemli kreditlər 124,7 mln. manat və yaxud 9,92% artıb.
Qeyd edək ki, vaxtı keçmiş kreditlərin məcmu kredit portfelində payı son bir ayda 0,7 faiz bəndi, bu ilin əvvəlindən 0,5 faiz bəndi, illik müqayisədə isə 1,3 faiz bəndi artaraq 7,4%-ə çatıb.
Son xəbərlər
07:08
WSJ: ABŞ səfirinin yunan oliqarxlardan hədiyyələr alması iddiaları ilə bağlı araşdırma aparılır
Digər ölkələr06:37
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib
Ekologiya06:10
Yaponiyada yeni GCAP qırıcısının hazırlanması mərkəzi açılacaq
Digər ölkələr05:44
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
Region05:18
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Digər ölkələr04:43
NYT ABŞ-nin Rusiya və Ukraynaya təklif etdiyi sövdələşmənin detallarını açıqlayıb
Digər ölkələr04:06
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
Region03:40
ABŞ-də "Isaias" qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb
Digər ölkələr03:11