ABŞ-də "Isaias" qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb

Digər ölkələr
  • 11 oktyabr, 2026
  • 03:40
ABŞ-də Isaias qasırğası nəticəsində ölənlərin sayı dördə çatıb

Alabama və Florida ştatlarında azı dörd nəfər "Isaias" qasırğasının qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən CNN teleşirkəti məlumat yayıb.

Daha əvvəl iki nəfərin həlak olduğu bildirilirdi.

Floridada bir nəfərin ölümünə evin üzərinə ağac aşması səbəb olub, ikinci şəxs isə elektrik generatorunun işlədiyi qapalı qarajda olduğu üçün həlak olub. Alabama qubernatoru Key Ayvi ştatın iki sakininin ölümü ilə əlaqədar xəbərdarlıq edib ki, güclü küləklər ağacları aşırır və elektrik xəttlərini qırır.

"Isaias" cümə günü axşam saatlarında Destin şəhəri (Florida ştatı) yaxınlığında quruya çıxıb. O, təxminən 17 km/saat sürətlə şimal-qərbə doğru hərəkətini davam etdirir. Meteoroloqların proqnozlarına görə, qasırğa şənbə günü ərzində tədricən zəifləyəcək və bazar günü dağılacaq.

44 - Tezliklə