Azərbaycanda ödəniş kartlarının sayı 22 %-dən çox artıb

Maliyyə
  • 07 noyabr, 2022
  • 07:04
Azərbaycanda ödəniş kartlarının sayı 22 %-dən çox artıb

Bu il oktyabrın 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 12 milyon 772 min ədəd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,3 %, bu il yanvarın 1-nə nisbətən 15,7 %, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 22,5 % çoxdur.

O cümlədən, son 1 ildə ölkədə debet kartlarının sayı 21,6 % artaraq 11,098 milyona, kredit kartlarının sayı isə 28,5 % artaraq 1,674 milyona çatıb. Bu kartlar üzrə dövriyyənin həcmi isə müvafiq olaraq 4,821 milyon manat (illik müqayisədə 57,5 % çox) və 327 milyon manat (40,9 % çox) təşkil edib.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var: kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan 5 beynəlxalq kart ödəniş sistemi mövcuddur - "Visa İnternational", "MasterCard İnternational", "American Express", "Diners Club İnternational" və "JCB Card"dır. Bu maliyyə qiqantları Azərbaycan banklarınan da əməkdaşlıq edir.