Azərbaycanda məcmu bank aktivləri 35% artıb

Maliyyə
  • 09 may, 2015
  • 06:37
Azərbaycanda məcmu bank aktivləri 35% artıb

Bakı. 9 may. REPORT.AZ/ Azərbaycanda bank sektorunun məcmu aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,70% artaraq 2015-ci il aprelin 1-nə 28 850,3 mln. manata çatıb.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, bu ilin əvvəlindən aktivlər 14,57%, əvvəlki ayla müqayisədə isə 0,76% artıb.

Hesabata əsasən, məcmu kapital isə ötən ilin eyni dövrü ilə müqayisədə 24,32%, ilin əvvəlindən 3,99% , əvvəlki ayla müqayisədə isə 3,70% artaraq cari ilin aprelin 1-nə 4 440,1 mln. manat təşkil edib.

44 - Tezliklə