Azərbaycanda investisiya şirkəti səhmdarlarına dividend ödəyəcək
Maliyyə
- 11 sentyabr, 2025
- 14:17
Oktyabrın 13-də, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə şirkətin bölüşdürülməmiş mənfəətinin bir hissəsi hesabına dividendin ödənilməsi və təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi daxildir.
"CPM-İnvest İnvestisiya Şirkəti" 2024-cü ili 168 min manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü illə müqayisədə 9,8 dəfə azdır.
Xatırladaq ki, "CPM-İnvest" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.
Son xəbərlər
15:29
Azərbaycan-Belarus hökumətlərarası komissiyasının üzvləri Füzuli və Ağdama səfər edəcəklər
Xarici siyasət15:28
"Üzeyir Hacıbəyli Mükafatı" müsabiqəsi elan edilib
İncəsənət15:28
Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır
Turizm15:27
DOST Agentliyi 3 illik auditor seçir
Maliyyə15:26
Matyaj Han: "Sloveniya və Azərbaycan arasında aviadaşımalar haqqında sazişlə bağlı danışıqlar davam edir"
İnfrastruktur15:24
"Galt & Taggart": Bu il Gürcüstanın turizm gəlirləri 5 milyard dollara yaxın olacaq
Turizm15:21
Azərbaycanda kondisionerlərə dair yeni texniki reqlament layihələri hazırlanıb
Biznes15:20
Sabah Azərbaycan-Belarus hökumətlərarası komissiyasının 15-ci iclası keçiriləcək
Xarici siyasət15:20