Azərbaycanda gözəllik və bərbərxana xidmətlərinə görə ƏDV-nin 50 %-i sahibkarlara qaytarılacaq

Maliyyə
  • 06 noyabr, 2026
  • 12:08
Azərbaycanda gözəllik və bərbərxana xidmətlərinə görə ƏDV-nin 50 %-i sahibkarlara qaytarılacaq

Azərbaycanda gözəllik və bərbərxana xidmətlərinə görə ƏDV-nin 50 %-i sahibkarlara qaytarılacaq.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, bərbərxana və gözəllik xidmətləri sektorunda leqal fəaliyyət göstərən şəbəkə xidmətləri tərəfindən ƏDV üzrə təşviq mexanizminin tətbiqi ilə bağlı təkliflər irəli sürülüb və bu təkliflər nəzərə alınıb: "Belə ki, göstərilən xidmətlərə görə hesablanmış ƏDV-nin 50 %-i sahibkarlara geri qaytarılacaq. Bu, indiyədək özəl sektorda, həmçinin kommersiya fəaliyyəti göstərən müəssisələrdə tətbiq etdiyimiz və uğurlu nəticələrini gördüyümüz siyasətin gözəllik xidmətləri sahəsində də genişləndirilməsidir. Bununla yanaşı, müəyyən səbəblərdən xərclərini rəsmiləşdirməkdə çətinlik çəkən sahibkarların fəaliyyət göstərdiyi sahələrdə alternativ sadələşdirilmiş vergi rejiminin tətbiqi də nəzərdə tutulur. Məsələn, gözəllik və bərbərxana xidmətləri sahəsində fəaliyyət göstərən sahibkarlar üçün belə bir imkan yaradılır. Belə ki, əməliyyatlarını tam rəsmiləşdirə bilməyən subyektlər də sadələşdirilmiş vergi rejimindən yararlana və 8 % dərəcə ilə vergiyə cəlb oluna biləcəklər".

44 filmi