"Mingəçevir" 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib

Futbol
  • 06 noyabr, 2026
  • 12:14
Mingəçevir 3000 manat cərimələnib, komandaya texniki məğlubiyyət verilib

Azərbaycan I Liqasında VII turun "Mingəçevir" - "Şahdağ Qusar" matçına gəlməyən meydan sahiblərinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Noyabrın 4-də keçirilməli olan qarşılaşma "Mingəçevir" komandasının görüşə gəlməməsi səbəbindən baş tutmadığı üçün klub həmçinin 3000 manat cərimələnib.

44 filmi