Azərbaycanda gömrük xidmətləri göstərən bankların sayı artıb

Maliyyə
  • 13 iyul, 2022
  • 14:11
Azərbaycanda gömrük xidmətləri göstərən bankların sayı artıb

Dövlət Gömrük Komitəsi (DGK) "Azərbaycan Sənaye Bankı" ASC-ni kredit təşkilatlarının reyestrinə daxil edib.

“Report” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə gömrük xidməti göstərən bankların sayı 16-ya çatıb.

Digər 15 bank "Access Bank" və “Yapı Kredi Bank Azərbaycan” QSC-lər, "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Premium Bank", "Unibank”, “AFB Bank”, “Azər-Türk Bank”, “Bank Avrasiya”, "Rabitəbank", “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Turan Bank” və "Ziraat Bank Azərbaycan" ASC-lərdir.

44 - Tezliklə