Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 32 % artıb

Maliyyə
  • 08 oktyabr, 2022
  • 13:32
Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 32 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 227,449 milyon manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,4 % çoxdur.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 17,7 % artaraq 1 milyard 24,384 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 39,8 % artaraq 3 milyard 034,745 milyon manat, aksizlər üzrə daxilolmalar 0,55 % artaraq 121,204 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 48,6 % artaraq 47,117 milyon manat olub.

44 - Tezliklə