Azərbaycanda əməliyyat aparan Kanada şirkətinin rəhbəri şirkətdən yeni səhm alıb
- 12 aprel, 2019
- 12:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın quruda yerləşən "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın “Zenith Energy” şirkətinin baş icraçı direktoru və prezidenti Andrea Kattaneo şirkətin 450 min səhmini hər səhm üçün orta hesabla 0,0305 funta alıb.
“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.
Bildirilib ki, o, aprelin 9-da 150 min səhmi hər səhm üçün 0,0315 funta, aprelin 10-da isə 300 min səhmi hər səhm üçün orta hesabla 0,03 funta alıb. Bu satınalmadan sonra Kattaneonun şirkətdə səhmlərinin sayı 20 059 622-yə çatır.
Qeyd edək ki, Kanada şirkəti "Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarında 2016-cı ildən əməliyyat aparır. Blokda “Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.