Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti yenidən artırılır
Maliyyə
- 02 dekabr, 2020
- 11:14

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və dekabrın 4-də qüvvədən düşməli olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti yenidən artırılacaq.
“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək.
Bununla belə, qanunun qüvvədə olma müddətinin nə qədər artırılacağı hələ ki, açıqlanmır.
Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” qanun 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.
Son xəbərlər
19:48
"MALBI-trans"ın rəhbəri: "Məqsədimiz Orta Dəhlizdə Avropa yüklərinin həcmini artırmaqdır" - EKSKLÜZİV
Biznes19:44
KİV: İsrailin hücumundan sonra Sənada ölən və yaralananlar var
Digər ölkələr19:26
"Neftçi" Ramil Şeydayevlə yollarını ayırdığını açıqlayıb
Futbol19:24
İsrail ordusu Yəmənə endirdiyi zərbələrin əsas hədəflərini açıqlayıb - YENİLƏNİB
Digər ölkələr19:19
HƏMAS: İsrailin Dohaya hücumu heç nəyə təsir etməyəcək
Digər ölkələr19:16
Azərbaycanın U-16 millisi Gürcüstan yığmasına qalib gəlib
Futbol19:15
Paşinyan: Ermənistan TRIPP-i Azərbaycanın infrastrukturu ilə sinxronlaşdırmağa hazırdır
Region19:11
Azərbaycan boksçusu dünya çempionatında yarımfinala vəsiqə qazanıb
Fərdi19:03