Azərbaycanda dövriyyədə olan nağd pulun həcmi 6 illik minimuma enib
- 08 fevral, 2016
- 12:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycanda 2016-cı il yanvar ayının 1-nə dövriyyədə olan nağd pul kütləsinin həcmi 5 416,8 mln. manat təşkil edib. "Report"un Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, dövriyyədə olan nağd pulun həcmi noyabr ayının yekunu ilə müqayisədə 321,3 mln. manat və ya 5,6% azalıb və 2015-ci ilin ən minimal həddinə çatıb. Ümumiyyətlə, bu göstərici 2009-cu ildən etibarən müşahidə olunan ən aşağı səviyyədir.
Keçən ilin analoji dövrü ilə müqayisədə dövriyyədə olan nağd pulun həcmi 5 429,1 mln. manat və ya 2 dəfə azalıb. Hesabat ili ərzində dövriyyədə olan nağd pul ancaq may ayında 120,5 mln. manat və ya 1,7% artıb.
"Report"un analitik qrupu fevral ayından etibarən manatın möhkəmlənməsi fonunda dövriyyədə olan nağd pul həcminin artacağını proqnozlaşdırır.