Azərbaycanda dövlət banklarının kredit qoyuluşları təxminən 28 % artıb

Maliyyə
  • 12 avqust, 2023
  • 09:09
Azərbaycanda dövlət banklarının kredit qoyuluşları təxminən 28 % artıb

Bu il iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 21 milyard 966,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,2 %, ilin əvvəlinə nisbətən 8,8 %, 2022-ci ilin iyulun 1-i ilə müqayisədə 16,7 % çoxdur.

Kredit qoyuluşunun 16 milyard 701,5 milyon manatı və yaxud 76 %-i özəl bankların payına düşüb. Bu, illik müqayisədə 14,5 % çoxdur.

Hesabat dövrünə dövlət banklarının kredit qoyuluşu 4 milyard 594,8 milyon manat təşkil edib. Bu, 1 il əvvələ nisbətən 27,7 % çoxdur. Dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,8 %-dən 20,9 %-ə yüksəlib.

Bu il iyun ayının sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 669,9 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,6 %-dən 3 %-ə çatıb.

Azərbaycanda 24 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 52 təşkil edir.

44 filmi