Azərbaycanda bəzi könüllü sığorta növləri müvəqqəti icbariləşdirilə bilər

Maliyyə
  • 06 mart, 2018
  • 12:55
Azərbaycanda bəzi könüllü sığorta növləri müvəqqəti icbariləşdirilə bilər

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycanda bəzi könüllü sığorta növləri həmin sahənin inkişafı üçün müvəqqəti icbariləşdirilə bilər.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin sədri Mustafa Abbasbəyli bildirib.

"Bəzi icbari sığorta növlərinin, xüsusilə də əmlak sığortasının bazarda iştirakı çox zəifdir. Məsələn, 10-15%-dir. Daşınmaz əmlak sığortasının iştirak səviyyəsini artırmaq üçün müəyyən alətlər təklif olunmalıdır. Elə alətlər düşünülməlidir ki, nəzarət daha da gücləndirilsin. Bundan əlavə olaraq, bəzi sığorta növlərinin icbariləşdirilməsi düşünülə bilər, çünki bir çox könüllü sığorta növlərinin inkişafı məhz icbariləşmədən keçir. Biz də çalışırq ki, bəzi növlər icbari olsun, həmin sahə inkişaf etsin, bir müddət sonra isə yenidən icbariləşməni aradan qaldıraq" - deyə o, qeyd edib.