Azərbaycanda bərpa, tikinti və idarəetmə xidmətlərinə xərcləmələr 2 dəfə azaldılır

Maliyyə
  • 04 noyabr, 2025
  • 17:37
Azərbaycanda bərpa, tikinti və idarəetmə xidmətlərinə xərcləmələr 2 dəfə azaldılır

2026-cı ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən 5 bərpa, tikinti və idarəetmə xidmətinə ümumilikdə 20,429 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Sənədə əsasən, bu, 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 48,7 % və yaxud təxminən 2 dəfə azdır.

Gələn il bu xərclər büdcə xərclərində 0,05 % paya malik olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti