Ceyhun Bayramov Əlcəzair Xalq Milli Assambleyasının sədri ilə görüşüb

Xarici siyasət
  • 04 noyabr, 2025
  • 21:06
Ceyhun Bayramov Əlcəzair Xalq Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Milli Assambleyasının sədri İbrahim Buğali ilə görüşüb.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə səhifəsində paylaşım edilib.

Qeyd olunub ki, müzakirələr iki ölkə arasında parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə yönəlib.

"Hər iki tərəf təcrübə və nailiyyətlərin mübadiləsinin, həmçinin siyasi, iqtisadi və humanitar sahələrdə birgə təşəbbüslərin təşviqinin vacibliyini vurğulayıb", - paylaşımda bildirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti