"Borussiya" futbolçusu ilə yeni müqavilə bağlamağı düşünür

Futbol
  • 04 noyabr, 2025
  • 20:54
Borussiya futbolçusu ilə yeni müqavilə bağlamağı düşünür

Almaniyanın "Borussiya" (Dortmund) klubu yarımmüdafiəçisi Yulian Brandtla yeni müqavilə imzalamağı planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Sky Germany" məlumat yayıb.

Onun klubu ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayına qədər qüvvədədir.

Dortmundluların baş məşqçi Niko Kovaç da almaniyalı oyunçunun komandada qalmasının tərəfdarıdır.

Qeyd edək ki, Yulian Brandt cari mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti