Azərbaycanda aviaşirkətin 10 mln dollarlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 29 aprel, 2022
  • 13:51
Azərbaycanda aviaşirkətin 10 mln dollarlıq istiqrazları üzrə hərracın tarixi açıqlanıb

Mayın 5-də “Bakı Fond Birjası" QSC-də “Silk Vey Vest Aviaşirkəti” MMC-nin 10 milyon ABŞ dollarlıq istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə "Report" BFB-yə istinadən xəbər verir.

Qeyd edə ki, Birjanın Listinq Komitəsinin bu günkü qərarı ilə hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 10 000 ədəd, yəni 10 milyon ABŞ dollarlıq faizli, təminatsız, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinqə daxil edilib.

Qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək və 3 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.