"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin istiqrazları listinqə daxil edilib
- 30 dekabr, 2022
- 06:35
Yeniliklərdən dərhal xəbərdar olun!
"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 100 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Dekabrın 29-da istiqrazlara abunə yazılışı başlayıb və proses fevralın 28-nə qədər davam edəcək. Hərracın tarixi azı 2 iş günü əvvəlcədən Birjanın internet səhifəsində açıqlanacaq.
Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazdan gedir. Qiymətli kağızlar 5 il dövriyyədə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər 6 aydan bir ödəniləcək. Yerləşdirmənin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər.