Azərbaycan və Qazaxıstan Transxəzər Marşrutu çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edib

Maliyyə
  • 25 aprel, 2022
  • 15:35
Azərbaycan və Qazaxıstan Transxəzər Marşrutu çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə edib

Azərbaycan və Qazaxıstan  Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların təşviqi məqsədilə birgə səylərin artırılmasını, zəruri infrastrukturun inkişaf etdirilməsini və Vahid Yol Xəritəsinin hazırlanması imkanlarını müzakirə edib. 

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu məsələlər nazir Mikayıl Cabbarovun Qazaxıstanın Prezident Administrasiyası rəhbərinin müavini - Prezidentin Beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yerjan Kazıxan ilə görüşündə müzakirə olunub. 

"Qazaxıstanla əməkdaşlığımız dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Bu baxımdan ticarət-iqtisadi tərəfdaşlığın inkişafı bizim üçün önəmlidir", - deyə azərbaycanlı nazir qeyd edib. O, Azərbaycan-Qazaxıstan əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə uğurlu əməkdaşlıq edildiyini vurğulayıb.

Y.Kazıxan ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini qeyd edib. 

44 filmi