Azərbaycan şəkər ixracından gəlirini 41 % artırıb
- 17 iyun, 2023
- 06:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrdən 87,344 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib.
"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 % çoxdur.
Hesabat dövründə Azərbaycandan xaricə 13,934 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub. Bu isə 1 il əvvələ nisbətən 40,9 % çoxdur.
Şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 1,3 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 22 milyard 953 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
5 aylıq xarici ticarət dövriyyəsinin 16 milyard 114 milyon ABŞ dolları ixracın, 6 milyard 839 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 4,5 %, idxal isə 33,2 % artıb.
Son nəticədə xarici ticarətdə 9 milyard 276 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 9,8 % azdır.