PSJ futbolçuları Dembele və Mendeşə əlavə istirahət verib

Futbol
  • 08 oktyabr, 2026
  • 22:15
PSJ futbolçuları Dembele və Mendeşə əlavə istirahət verib

Fransanın PSJ klubu futbolçuları Usman Dembele və Nunu Mendeşə əlavə istirahət verib.

"Report" xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, futbolçulara əlavə istirahət baş məşqçi və rəhbərliklə razılaşdırılaraq verilib. Onların oktyabrın 10-11-də məşqlərə qayıdacağı açıqlanıb.

Adıçəkilən futbolçular hər hansısa zədə almayıblar.

Qeyd edək ki, PSJ cari mövsümdə Dembeleyə ikinci dəfə əlavə istirahət verib. 29 yaşlı hücumçu avqustun 28-də Liqa 1-in II turunda "Lill"lə səfər oyununu (2:2) buraxıb və həmin vaxt 6 günlük komandanın düşərgəsindən ayrılıb.

Dembele 2026/2027 mövsümündə PSJ-nin heyətində bütün turnirlərdə 7 oyuna çıxaraq 2 qol və 4 məhsuldar ötürmə edib. 24 yaşlı Mendeş isə 5 matçda iştirak edib.

44 - Tezliklə