Azərbaycan Mərkəzi Bankına daha 2 baş direktor təyin edilib

Maliyyə
  • 17 yanvar, 2020
  • 12:38
Azərbaycan Mərkəzi Bankına daha 2 baş direktor təyin edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktorlarının sayı 4-dən 6-ya çatdırılıb.

“Report” xəbər verir ki, yeni baş direktorlar qurumun ləğv edilmiş Bazar əməliyyatları və Risklərin idarə edilməsi departamentlərinin direktorları Əli Əhmədоv və Toğrul Əliyevdir. 

Xatırladaq ki, bu günlərdə AMB-nin strukturu dəyişib. 

44 - Tezliklə