Azərbaycan Mərkəzi Bankı 250 mln. manatlıq not yerləşdirib

Maliyyə
  • 06 dekabr, 2017
  • 13:32
Azərbaycan Mərkəzi Bankı 250 mln. manatlıq not yerləşdirib
Report

Bakı. 6 dekabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100166S dövlət qeydiyyat nömrəli, 250 mln. manatlıq, 29 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 16 investor qiyməti 99,19 manat (10,14%) – 99,2004 manat (10,01%) olan 22 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 464 831 400 manat olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,2004 manat (10,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 250 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 4 yanvar 2018-ci ildir. 

44 - Tezliklə