Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Maliyyə
  • 02 yanvar, 2024
  • 06:20
Azərbaycan manatının nominal və real effektiv məzənnələri azalıb

Ötən il dekabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,8 bənd təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 2 bənd az, ilin əvvəlinə nisbətən 7,6 bənd, 2022-ci il dekabrın 1-i ilə müqayisədə isə 6,2 bənd çoxdur.

Noyabrın sonuna manatın real effektiv məzənnəsi isə 122,4 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 2,7 bənd az, ötən ilin əvvəlinə nisbətən 0,1 bənd çoxdur, 2022-ci ilin noyabrın sonu ilə müqayisədə isə 0,8 bənd azdır.

44 - Tezliklə