Azərbaycan manatının dövretmə sürəti sentyabrda dəyişməyib

Maliyyə
  • 23 oktyabr, 2021
  • 09:05
Azərbaycan manatının dövretmə sürəti sentyabrda dəyişməyib

Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,74 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə eyni, yanvarın 1-nə nisbətən 0,17 bənd çox, ötən il oktyabrın 1-i ilə müqayisədə isə 0,03 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

44 - Tezliklə