Azərbaycan manatının dövretmə sürəti azalıb

Maliyyə
  • 03 mart, 2025
  • 12:20
Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu ilin fevralın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,26 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 0,19 bənd az, 2024-cü ilin eyni dövrünə nisbətən 0,06 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.