Azərbaycan lizinq şirkətində səhmlərin geri alınmasına dair növbədənkənar yığıncaq planlaşdırılır
- 11 iyul, 2026
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 3-də, saat 10:00-da "Hermes Finance" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.
Məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 36 ünvanında olacaq.
Yığıncağın gündəliyinə lizinq üzrə fəaliyyət göstərən "Caspian Auto Import" ASC-nin nizamnamə kapitalının 600 min manatdan 200 min manata qədər azaldılması məqsədilə səhmdarlardan biri olan "Hermes Finance"a məxsus hər birinin nominal dəyəri 1 manat olmaqla 400 min ədəd, ümumi dəyəri 400 min manat təşkil edən səhmlərin geri satın alınaraq ləğv edilməsi daxildir.
"Hermes Finance" 2018-ci ildə təsis edilib. Şirkətin səhmdarları 45 % payla N.Mehrəliyeva-Rzayeva, 45 % payla Kamran Quliyev və 10 % payla Həmid Mirzəyevdir. "Hermes Finance" "Caspian Auto İmport"da 66,67 %, "Level Leasing" MMC-də isə 38 % paya malikdir.