Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 23 % artıb
- 04 yanvar, 2025
- 06:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən ilin dekabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 066,8 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1 %, ilin əvvəlinə nisbətən 21,2 %, illik müqayisədə isə 23,1 % çoxdur.
Kredit qoyuluşunun 20 milyard 296,2 milyon manatı və yaxud 69,8 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 16,1 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 072 milyon manat təşkil edib. Bu, illik müqayisədə 31 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 22,9 %-dən 24,3 %-ə yüksəlib.
Dekabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 698,6 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,1 %-dən 5,8 %-ə çatıb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 57-dir.