Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 22 % artıb
- 31 yanvar, 2025
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvarın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 288,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,8 %, 2024-cü ilin əvvəlinə nisbətən 22,1 % çoxdur.
Kredit qoyuluşunun 20 milyard 327 milyon manatı və yaxud 69,4 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 14,9 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 150,7 milyon manat təşkil edib. Bu, illik müqayisədə 30,1 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 22,9 %-dən 24,4 %-ə yüksəlib.
Yanvarın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 810,6 milyon manat olub. Bu, illik müqayisədə 2,3 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 3,3 %-dən 6,2 %-ə çatıb.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 57-dir.