Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 21 % artıb

Maliyyə
  • 30 mart, 2024
  • 12:53
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 21 % artıb

Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 24 milyard 629,1 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,1 %, ilin əvvəlinə nisbətən 2,7 %, illik müqayisədə isə 21 % çoxdur.

Kredit qoyuluşunun 17 milyard 959,6 milyon manatı və yaxud 72,9 %-i özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 13,5 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 5 milyard 873,4 milyon manat təşkil edib. Bu, illik müqayisədə 49,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,3 %-dən 23,8 %-ə qalxıb.

Fevralın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 796,2 milyon manat olub. Bu, illik müqayisədə 35 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,9 %-dən 3,2 %-ə çatıb.

Azərbaycanda 23 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.

44 filmi