Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 %-ə yaxın artıb

Maliyyə
  • 30 aprel, 2025
  • 11:45
Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 17 %-ə yaxın artıb

Bu il aprelin 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 679,4 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,9 %, ilin əvvəli ilə müqayisədə 1,3 %, ötən ilin eyni dövrünə nisbətən 16,7 % çoxdur.

Kredit qoyuluşunun 20 milyard 601,8 milyon manatı və yaxud 69,4 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 13,9 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 275,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 20,9 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 23,6 %-dən 24,5 %-ə yüksəlib.

Aprelin 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 802,3 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,3 %-dən 6,1 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.