Azərbaycan iqtisadiyyatına 5 aylıq investisiya qoyuluşu açıqlanıb
- 10 iyun, 2026
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında Azərbaycanda əsas kapitala 6 milyard 650,1 milyon manat investisiya yönəldilib.
"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,1 % azdır.
Son 1 ildə neft-qaz sektoruna investisiya qoyuluşu 28,4 % artaraq 2 milyard 551,9 milyon manat, qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 14,7 % azalaraq 4 milyard 98,2 milyon manat təşkil edib.
Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 16 % artaraq 3 milyard 960,3 milyon manat, xidmət sahələri üzrə real ifadədə 23,5 % azalaraq 1 milyard 732,1 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların məbləği isə real ifadədə 13,9 % azalaraq 957,7 milyon manat olub.