Azərbaycan IFC ilə tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Maliyyə
  • 13 noyabr, 2025
  • 15:36
Azərbaycan IFC ilə tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədri Taleh Kazımov IFC-nin Qərbi Balkan və Cənubi Qafqaz ölkələri üzrə direktoru Vibke Şlömerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı ölkədə IFC-nin dəstəyi ilə icra olunan təşəbbüslər, dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihələr, eləcə də təşkilatın Azərbaycanın iqtisadi dayanıqlılığının artırılmasına töhfə verəcək gələcək planları ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin tərəflər arasında əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub, tərəfdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti