Azərbaycan əhalisinin banklarda olan əmanətləri 28 % artıb
- 03 yanvar, 2023
- 09:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan banklarına qoyulan depozitlərin həcmi ötən il dekabrın 1-nə 35 milyard 484,2 milyon manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ötən il yanvarın 1-i ilə müqayisədə 22,2 %, 2021-ci ilin dekabrın 1-nə nisbətən isə 32,4 % çoxdur.
Bunun 60,4 %-i, yaxud 21 milyard 449,5 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 34,7 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 28 % artaraq 11 milyard 588,6 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 34,3 % artaraq 2 milyard 446 milyon manata çatıb.
Noyabrın sonuna cəmi depozitlərin 24,832 milyard manatı (il ərzində 41,2 % artıb) qısamüddətli, 10,653 milyard manatı (15,7 % artıb) isə uzunmüddətli əmnətlər təşkil edib.
Ölkədə 25 bank fəaliyyət göstərir.