Azərbaycan Dünya Bankı Xəzinədarlığı ilə əməkdaşlığı dərinləşdirməyi müzakirə edib

Maliyyə
  • 16 oktyabr, 2025
  • 16:51
Azərbaycan Dünya Bankı Xəzinədarlığı ilə əməkdaşlığı dərinləşdirməyi müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyətinin ABŞ-yə səfəri çərçivəsində qurumun sədrinin I müavini Əliyar Məmmədyarov Dünya Bankı Xəzinədarlığının aktivlərin idarə edilməsi və məsləhət xidmətləri departamentinin direktoru Katarzina Zajdel-Kuroska ilə görüşüb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, görüşdə iki qurum arasında mövcud əməkdaşlığın cari vəziyyəti yüksək qiymətləndirilərək ehtiyatların idarə edilməsi üzrə həyata keçirilən texniki yardım proqramları, təlimlər və seminarların nəticələrindən məmnunluq ifadə olunub, Xəzinədarlığın Ehtiyatlar üzrə məsləhət və idarəetmə tərəfdaşlığı (RAMP) proqramı çərçivəsində investisiya idarəçiliyi, süni intellekt və digər aktual mövzular üzrə təlimlərin keçirilməsi, həmçinin gələcək əməkdaşlıq imkanlarının daha da dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti