Azərbaycan Dövlət Neft Fondu bu gün daha 49 mln. dollar satıb

Maliyyə
  • 17 may, 2016
  • 10:01
Azərbaycan Dövlət Neft Fondu bu gün daha 49 mln. dollar satıb

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

"Report" Fonda istinadən xəbər verir ki, bu vəsaitdən 34 mln. dollar məbləğində vəsait 8 kommersiya bankına və 15 mln. dollar Azərbaycan Mərkəzi Bankına satılıb. Nəticədə, hərraca çıxarılan valyuta kütləsinin 49 mln. dolları və ya 98%-i alınıb.