Azərbaycan BOKT-unun istiqrazlarına 13 investor maraq göstərib

Maliyyə
  • 18 oktyabr, 2023
  • 10:31
Azərbaycan BOKT-unun istiqrazlarına 13 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) 2 milyon manat dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd, yəni 2 milyon manatlıq istiqraz standart bazar seqmentində listinqə, birqiymətli hərrac üsulu ilə təklif edilib. Hərraca 13 investor 2 milyon manatlıq 13 sifariş təqdim edib. Bununla da, yerləşdirmə tam baş tutub.

Qiymətli kağızlar 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC -dir.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.