Azərbaycan BOKT-unun istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 13 oktyabr, 2023
- 09:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 18-də "Bakı Fond Birjası" QSC-də (BFB) “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" bu barədə Birjaya istinadən xəbər verir.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd, yəni 2 milyon manatlıq istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək və 18 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 13 %-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.