Azərbaycan BOKT-unun istiqrazları üzrə hərracın tarixi açıqlanıb
- 10 oktyabr, 2023
- 08:50
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 12-də "Bakı Fond Birjası" QSC-də (BFB) "Kredaqro" MMC bank olmayan kredit təşkilatının (BOKT) istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
"Report" Birjaya istinadən xəbər verir ki, istiqrazlar birqiymətli hərrac üsulu ilə yerləşdiriləcək.
Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd, yəni 1 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində listinq daxil edilib. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 14 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Capital Partners İnvestisiya Şirkəti” QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.