Azərbaycan BOKT-ları I yarımili mənfəətlə başa vurub

Maliyyə
  • 25 iyul, 2023
  • 08:23
Azərbaycan BOKT-ları I yarımili mənfəətlə başa vurub

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 26,3 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 89,2 % çoxdur.

Yanvar-iyun aylarında BOKT-ların əməliyyat gəlirləri 83,5 milyon manat (illik müqayisədə 56,95 % çox), əməliyyat xərcləri 49,7 milyon manat (36,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 3,4 milyon manat (70 % çox), gözlənilməz gəlirləri 0,2 milyon manat (33,3 % az), mənfəət vergisi ödəmələri isə 4,2 milyon manat (3,8 dəfə çox) təşkil edib.

Bu il iyulun 1-nə BOKT-ların aktivləri 614,2 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 39,5 % çoxdur. Bunun 456,5 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 38,9 % böyüyüb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 42 % artaraq 359,7 milyon manata, balans kapitalı isə 36,2 % artaraq 254,5 milyon manata çatıb.