Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Maliyyə
  • 11 iyun, 2019
  • 06:02
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb

Bu il mayın 1-nə Azərbaycan banklarının xarici öhdəlikləri 1 550,8 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 54,1 mln. manat və yaxud 3,4% azdır.

Bankların xarici öhdəlikləri ilin əvvəlinə nisbətən 362,3 mln. manat və yaxud 18,9%, son 1 ildə isə 349 mln. və yaxud 18,4% azalıb.