Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 7 % artıb

Maliyyə
  • 03 mart, 2025
  • 14:26
Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 7 % artıb

Bu il fevralın 1-nə Azərbaycan banklarının depozit portfeli 40 milyard 175,2 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,2 % az, ötən ilin eyni dövrünə nisbətən 6,9 % çoxdur.

Bunun 54,2 %-i, yaxud 21 milyard 756,6 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 0,1 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 12,1 % artaraq 14 milyard 698,7 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 36,3 % artaraq 3 milyard 720 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 227,2 milyon manatı (il ərzində 2 % azalıb) qısamüddətli, 16 milyard 948 milyon manatı (22 % artıb) isə uzunmüddətli olub.