Azərbaycan banklarına qoyulan depozitlər 1 % azalıb

Maliyyə
  • 02 yanvar, 2024
  • 11:41
Azərbaycan banklarına qoyulan depozitlər 1 % azalıb

Azərbaycan banklarına qoyulan depozitlərin həcmi ötən ilin dekabrın 1-nə 35 milyard 128,8 milyon manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,4 % çox, ötən ilin əvvəlinə nisbətən 3,1 %, 2022-ci ilin dekabrın 1-i ilə müqayisədə isə 1 % azdır.

Bunun 58,9 %-i, yaxud 20 milyard 678,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 3,6 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 8,1 % artaraq 12 milyard 524,9 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 21,3 % azalaraq 1 milyard 925,2 milyon manata enib.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 642,7 milyon manatı (il ərzində 8,8 % azalıb) qısamüddətli, 12 milyard 486,1 milyon manatı (17,2 % artıb) isə uzunmüddətli əmanətlər təşkil edib.

Ölkədə 23 bank fəaliyyət göstərir.