Azərbaycan bankı Şuşada filial açmağa hazırlaşır

Maliyyə
  • 20 oktyabr, 2023
  • 08:06
Azərbaycan bankı Şuşada filial açmağa hazırlaşır

Gələn il "PAŞA Bank" ASC Şuşa şəhərində filialını açacaq.

"Report" xəbər verir ki, bunu Bankın İdarə Heyətinin sədrinin müavini Bəhruz Nağıyev bildirib.

"Filialın yerləşəcəyi binanın tikintisi gələn ilin aprel ayının sonuna qədər tamamlanacaq. Filialin işçi heyəti yerli əhalidən formalaşdırılacaq və artıq bu istiqamətdə işlər gedir", - deyə o qeyd edib.

44 - Tezliklə