Azərbaycan bankı ötən il səhmdarlarına 60 milyon manat dividend ödəyib

Maliyyə
  • 29 may, 2024
  • 13:09
Azərbaycan bankı ötən il səhmdarlarına 60 milyon manat dividend ödəyib

2023-cü ildə "PAŞA Bank" ASC səhmdarlarına 60 milyon manat dividend ödəyib.

"Report" xəbər verir ki, bunu Bankın ötəniliki fəaliyyətinin maliyyə nəticələrinə həsr olunmuş mətbuat konfransında qurumun İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov bildirib.

Xatırladaq ki, "PAŞA Bank"ın səhmlərinin 56,8 %-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 28,2 %-i "Bless" MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.