Azərbaycan bankı məcburi ehtiyatları normadan az saxladığı üçün cərimələnib

Maliyyə
  • 18 avqust, 2025
  • 16:16
Azərbaycan bankı məcburi ehtiyatları normadan az saxladığı üçün cərimələnib

---

Azərbaycan Mərkəzi Bankı (AMB) “Rabitəbank” ASC-yə qarşı maliyyə sanksiyası tətbiq edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, 15 iyul - 14 avqust tarixlərini əhatə edən saxlama dövründə “Rabitəbank” manatla məcburi ehtiyatlarını tələb olunan normadan az saxlayıb. Bundan irəli gələrək, "Mərkəzi Bank haqqında" qanunun 32-ci maddəsinə müvafiq olaraq Banka qarşı 1 858 manat maliyyə sanksiyası tətbiq olunub.

"Məcburi ehtiyat normaları alətindən bank sistemində likvidliyin effektiv idarə edilməsi, likvidliyin konsentrasiyasının azaldılması məqsədilə istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Mərkəzi Bankı haqqında” qanunla yanaşı, həmin qurumun “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə AMB-dəki müxbir hesablarında saxlanmasını təmin etməlidirlər.